Gömrükdən gizlədilən 36 ədəd telefon aşkar edilib

12-05-2017 / 12:10

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Sınıq Körpü gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Xeberler.az-ın məlumatına görə, yoxlama zamanı avtomobilin arxa oturacağının və həmin oturacağın söykənəcəyinin içində xüsusi düzəldilən saxlanc yerindən 36 ədəd Nokia markalı telefon və 52 ədəd adapter aşkar edilib.

 Faktla bağlı araşdırma aparılır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə