Göndərdiyiniz tweet-lərlə dronları idarə edə biləcəksiniz

23-12-2015 / 12:57

Son dövrlərdə dronlar dünyada sürətlə məşhurlaşmağa davam edir.

Texnologiya nəhəngələri də bu texnologiyadan öz xeyirləri üçün istifadə etmək üçün tələsir.  

Qeyd edək ki,  dronlardan istifadə etmək üçün belə bir addımı ilk dəfə  e-ticarət saytları atdı.

Belə ki, bir müddət  əvvəl Amazon da yeni dronlarının təqdimatını etdi.

İndi isə  Twitter  yeni patenti  ilə fərqli  formada dronlardan istifadə etməyə hazırlaşır.

Belə ki, patentdə qeyd edilir ki,  atdığımız  tweet-lərlə  dronları idarə etmək mümkün  olacaq.

Patentə görə, sosial şəbəkə üzərindən dronun olduğu bölgə, kamera bucağı  təyin edilə biləcək.

Bununla yanaşı, sosial şəbəkə bağlandığı dron vasitəsilə canlı yayım etmək, video və fotoşəkil çəkmək imkanına sahib ola biləcək.

Twitter bununla yeni şirkətlərlə əməkadaşlığa başlayıb, daha çox gəlir əldə etmək niyyətindədir.

Ötən günlərdə ABŞ-da dron sahiblərinin qeydiyyata alınması ilə tədbirlər görülməsi,  Çində   DJI tərəfindən ilk dron mağazası açılması  dronların daha da  məşhurlaşdığını göstərir.

 2020 etibarilə dron  sənayesinin 6 milyard dollarlıq bir həcmə sahib olması gözləndiyi halda,  2016-ci ilin dronlar ili olacağı iddia olunur.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə