"Google+" sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı 540 milyona çatıb

31-10-2013 / 20:49

“Google+” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ay ərzində 540 milyona qədər artıb. Bu barədə San-Fransisko şəhərində keçirilmiş mətbuat konfransında “Google” korporasiyasının vitse-prezidenti Vika Qundotra deyib.

Korporasiyanın top-menecerinin sözlərinə görə, “Google+” sosial şəbəkəsinə həftəlik 1,5 milyard fotoşəkil yüklənir. “Google” sosial şəbəkəsinin istifadəçi bazası sayına görə əvvəlki kimi “Facebook” şəbəkəsinə uduzur. Qeyd edək ki, "Facebook"un auditoriyası 1.15 milyard istifadəçidir. Lakin “Google+” şəbəkəsi istifadəçi sayına görə “Twitter” mikrobloqlar xidmətini ötüb. (ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə