Google 12 dollara satıldı

02-10-2015 / 16:58

Google-un köhnə işçisi olan Sanmary Ved  Google.com-un sahibi olmağı bacarıb. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sanmay Ved domen və veb sayt almaq servislərinə baxanda Google.com domeninin boş olduğunun şahidi olub. O, domeni 12 dollara alıb.

 

Sanmay Ved

Köhnə Google işçisi ilk baxışdan bu halın bir səhv olduğunu başa düşüb,lakin buna baxmayaraq o  domeni almaq üçün  prosesi tamamlayıb.

Google.com domeninin sahibi olan Sanmay Ved-in səltənəti 1 dəqiqə davam edib. Sanmay Ved domeni aldıqdan 1 dəqiqə sonra Google məsələdən xəbərdar olub və sistemdə olan səhvi səbəb göstərərək domen alışını ləğv edib.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə