Google 17 yaşını qeyd edir

27-09-2015 / 12:10

Texnologiya nəhəngi olan Google-un bu gün 17 yaşı tamam olur. Xeberler.az-ın məlumatına görə, Google ana səhifəsi üçün hazırladığı doodle ilə 17 yaşını qeyd edir.

Xatırladaq ki, axtarış sistemi olan Google Larry Page və Sergey Brin tərəfindən 4 sentyabr 1998-ci ildə qurulub.  2005-ci ildən isə Google hər il ad gününü 27 sentyabrda keçirir. Bu il də ənənəsinə sadiq qalaraq 27 sentyabrda ad gününü özünə aid doodle ilə qeyd edir. 17 ildə Google axtarış sistemində bir çox dəyişikliklər olub. Bu dəyişikliklər arasında loqo dəyişikliyi daha çox diqqət çəkir.

Qeyd edək ki, Google Chrome, Google Search və Google Maps proqramlarından istifadə edənlərin sayı 1 milyarddan çoxdur. 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə