Google 18 yaşını qeyd edir- Video

27-09-2016 / 10:17

Texnologiya nəhəngi olan Google-un bu gün 18 yaşı tamam olur. 

Xeberler.az-ın məlumatına görə, Google ana səhifəsi üçün hazırladığı doodle ilə 18 yaşını qeyd edir.

Xatırladaq ki, axtarış sistemi olan Google Larry Page və Sergey Brin tərəfindən 4 sentyabr 1998-ci ildə qurulub. 

2005-ci ildən isə Google hər il ad gününü 27 sentyabrda keçirir.

Bu il də ənənəsinə sadiq qalaraq 27 sentyabrda ad gününü özünə aid doodle ilə qeyd edir.

18 ildə Google axtarış sistemində bir çox dəyişikliklər olub. Bu dəyişikliklər arasında loqo dəyişikliyi daha çox diqqət çəkir.

 

 

 Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə