Google-a rəqib gəlir

23-04-2018 / 15:56

Bildiyimiz kimi, bir müddət əvvəl Avropa Komissiyası Google-a haqqsız rəqabət aparması ilə əlaqədar xəbərdarlıq edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Amazon şirkəti bundan istifadə edərək öz axtarış sistemini yaradıb.

Şirkətin Android sistemli telefonlar üçün hazırladığı internet brauzer bu sahədə yenidən rəqabətə səbəb olacaq.

Belə ki, şirkətin təqdim etdiyi "Internet: fast, lite, and private" internet brauzeri 2MB ölçülü olması və məxfililiyi ilə seçilir.

Həmçinin, bu axtarış sistemində gizli pəncərə və avtomatik tam ekran kimi xüsusiyyətlər də var.

Onu da bildirək ki, brauzer internetin zəif olduğu ölkələr üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən aylarda Google-da internet surəti zəif olan ölkələr üçün buna oxşar brauzer Android Go-nu təqdim edib. Hazırda "Internet: fast, lite, and private"-dən Android sistemi 5.0 və yuxarı telefonlarda istifadə olunur.

Elşən Abdulkərimov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə