“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013 / 12:16
Google" şirkəti ABŞ-da "Nexus" mobil qurğuları və "Chromebook" noutbuklarının satılacağı mağazalar şəbəkəsi açır. Şirkətin məlumatına görə, bayram mövsümü ərəfəsində "Google" ABŞ-ın altı şəhərində - Nyu-York, Vaşinqton, Çikaqo, Los-Anceles, Sakramento və Paramusda "Winter Wonderlabs" adlı mağazalar şəbəkəsini istifadəyə verəcək.  
Alıcılar "Nexus" şirkətinin istehsalı olan smartfon, planşet kompüterlər, "Chromecast" qurğuları, eləcə də "Acer", "HP" və "Samsung" şirkətlərinin buraxdığı "Chromebook" noutbuklarını əldə edə biləcəklər.
Qeyd edək ki, şirkətlərin öz mağazasını açmaq praktikası istehlak elektronikası istehsalçıları və mobil rabitə operatorları arasında geniş yayılıb. Belə ki, "Apple", "Samsung", "Nokia" və digər şirkətlər öz mağazalar şəbəkəsinə malikdir. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə