Google axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb

25-10-2018 / 12:36

“Google” şirkəti axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb. İndi istifadəçilər tarixçəni silmək üçün hesab sazlamalarına daxil olmaq əvəzinə, əsas səhifədə "Google axtarış sistemində öz məlumatlarını idarə edin" linkinə keçid etməlidir.
 
Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, "axtarış sistemində aparılmış əməliyyatlar" bölməsində “Google” hesabında edilmiş bütün əməliyyatları görmək mümkündür. Həmçinin həmin yerdə proqramlar və axtarışın tarixçəsi, səsli idarəetmənin tarixçəsini tamamilə deaktiv etmək olar.
 
Kompüter və mobil qurğularda brauzerlərdə yeni imkanlar artıq əlçatandır. Yenilik “Google”un “iOS” və “Android” sistemləri üçün mobil tətbiqlərindən istifadə edənlər üçün yaxın həftələr ərzində əlçatan olacaq. Gələn il isə eyni məxfilik sazlamaları “Google”un "Xəritə" və başqa xidmətlərində əlçatan olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə