Google böyük miqdarda cərimə ödəyə bilər

13-04-2018 / 16:14

Məlum olduğu kimi, bir müddətdir Avropa Komissiyası Google-a Android əməliyyat sistemi ilə smartfon bazarında haqsız rəqabət aparmasına görə xəbərdarlıq edir.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, Komissiya yaxın aylarda bununla bağlı qərarını açıqlayacaq.

Belə ki, şirkət bir neçə milyard dollar pul cəzası ala bilər. Bütün bunlara baxmayaraq şirkətlər və analitiklər cəzanın Google-u sarsıtmayacağını iddia edir.

Qeyd edək ki, Windows Phone-dan sonra Apple məhsullarından başqa bütün smartfonlar və planşetlər Google tərəfindən hazırlanmış Android əməliyyat sistemi ilə işləyir.

Avropa Komissiyasına görə isə haqqsız rəqabətə səbəb olan məhz Google-un hazırladığı Maps, Gmail, Axtarış və digər xidmətlərin bu əməliyyat sistemində öncədən quraşdırılmış olmasıdır.

Reuters-a açıqlama verən CSS Insight analitiki Geoff Blaber deyib ki, qərarın nəticəsindən asılı olmayaraq istehsalçılar cihazlarda Android-ə güvəndikləri üçün ciddi dəyişiklik olmayacaq.

Elşən Abdulkərimov


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.