Google Chrome brauzeri kompüterlərdə quraşdırılacaq

24-11-2008 / 18:07

Google şirkəti özünün yeni Chrome brauzerinin inkişafı məqsədi ilə gördüyü tədbirlər çərçivəsində köhnə sınaqdan keçmiş üsuldan istifadə etmək niyyətindədir. Belə ki, şirkət pərakəndə satış obyektlərində təqdim olunan kompüterləri yeni brauzerlə təmin etməyi planlaşdırır. Hazırda Google bu istiqamətdə müvafiq sazişin imzalanması məqsədi ilə kompüter və noutbukların yığılması və satışı ilə məşğul olan bir neçə iri şirkətlərlə danışıqlar aparır.
Hazırda beta-versiya mərhələsində olan brauzer Google tərəfindən sentyabr ayında təqdim olunmuşdur və bundan sonra ilk iki həftə ərzində dünya bazarının 1,5% əldə etmişdir ki, bu göstərici olduqca yüksək hesab olunur. Lakin sonra Chrome-un populyarlığının artım tempi enməyə başladı və belə vəziyyətdə Google onun inkişafı üçün əlavə addımlar atmalıdır.
“Çox güman ki biz distributorlarla bir neçə saziş imzalayacağıq”, - deyə Google-un istehlakçı məhsulları üzrə vitse-prezidenti Cundar Piçai qeyd edib. “Biz həmçinin brauzerin yenidən qurulmasına dair proqram üzrə kompüterlərin yığılması ilə məşğul olan şirkətlərlə işləyə bilərik”. O qeyd edib ki, 2009-cu ildə Chrome-un Linux və Mac OS X üçün nəzərdə tutulmuş versiyalarının təqdim olunacağı ilə əlaqədar, brauzerin istehlakçı bazasının növbəti artımı olacaq.
 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə