Google Chrome-da Yer kürəsinə virtual səyahət

20-04-2017 / 12:24

Google şirkətinin Yer Planeti xidmətinin köməyilə dünyanın istənilən yerinə 3D-də baxmaq üçün Windows və ya Android proqramlarını yükləmək lazım gəlməyəcək.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, artıq brauzerlərdə də virtual səyahətlər etmək mümkün olacaq. Bu, indi hələlik yalnız Google Chrome-da əlçatandır.

Belə ki, Chrome və ya mobil qurğular üçün nəzərdə tutulmuş virtual səyahət proqramlarından çıxmadan yeni məkanlarla tanış ola biləcəklər.

Google ən maraqlı yerlər üzrə təxminən 50 onlayn-ekskursiya təklif edir — məsələn, Tanzaniyada Qombe-Strim Milli parkına baş çəkmək və ya “Sezam Küçələri” uşaq televiziya verilişinin qəhrəmanlarıyla birlikdə Mexiko küçələrində gəzişmək mümkündür.

“Küçələrə baxış funksiyasının köməyilə uzaq şəhərlərin üçölçülü görüntülərini izləyin. BBC Earth, NASA və “Sezam küçələri” kimi partnyorlarımız vasitəsilə Yer kürəsinin müxtəlif guşələrindəki həyat şəraiti ilə tanış olun”, deyə – Google-dan bildiriblər.

Şirkət nüməyəndələrinin sözlərinə görə, Yer Planetinin yeni versiyasının brauzerə və mobil qurğulara uyğunlaşdırılması üçün təxminən iki il vaxt sərf olunub. Yeni funksiya artıq Chrome və Android-də əlçatandır. Tezliklə ondan iOS daxil olmaqla digər platformalar və brauzerlərdə də istifadə etmək mümkün olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə