Google Chrome yeniləndi

09-08-2018 / 12:00

Google Windows 10 üçün Chrome-a yenilik gətirib.

Xeberler.az məlumat verir ki, artıq Chrome və Windows bildirişləri birlikdə Fəaliyyət Mərkəzi-də görünəcək.

Chrome 68 versiyası ilə gələn bu xüsusiyyətdən hazırda istifadəçilərin 50 faizi yararlana bilir. Google önümüzdəki günlərdə funksiyadan istifadə edəcək olanların sayının artacağını qeyd edib.

Həmçinin, şirkət bu xüsusiyyətdən indi istifadə etmək istəyənlər üçün də imkan yaradır. Belə ki, axtarış bölməsinə chrome://flags yazıb daha sonra, Enable native notifications variantını seçərək funksiyadan yaralana bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.