Google da kriptovalyuta reklamlarını qadağan edir

14-03-2018 / 11:18

Google kriptovalyuta ilə bağlı bütün reklamları qadağan edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, maliyyə xidmətləri ilə bağlı reklam siyasətini təkmilləşdirməyə hazırlaşan Google kriptovalyuta ilə bağlı bütün reklamları qadağan edir.

Belə ki, kriptovalyuta sifarişləri, rəqəmsal cüzdanlar və investisiya məsləhətləri kimi reklamlar artıq Google platformasında olmayacaq.

Şirkət açıqlama verərək bu sahəyə təmkinli yanaşdıqlarını elan edb:

"Biz kriptovalyutanın gələcəyini bilmirik, amma çox müştərilərin bu günə qədər zərər gördüyünü nəzərə alaraq ehtiyatlı davranmağa çalışırıq".

Qeyd edilib ki, Google-un kriptovalyuta reklamları ilə bağlı qadağası bu ilin iyun ayında qüvvəyə minəcək.

Bir müddət öncə Facebook da məsələ ilə bağlı qadağa tətbiq edib.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.