Google-dən yeni Go proqramlaşdırma dili

16-11-2009 / 09:47

Google hər bir sahədə irəliləmək istəyir. Şirkət indi də öz inkişaf etdirdiyi Go adlı proqramlaşdırmasını təqdim edib. Google, yeni proqramlaşdırmanı açıq qaynaq kodu istifadəçiləri üçün hazırlayıb.

Hazırda təcrübə müddətində olan Go adlı dil, Python kimi veb uyğun dillər ilə C++ kimi yüksək performanslı və etibarlı dillərin xüsusiyyətlərini bir araya gətirməyə çalışır. Go proqramlaşdırma dili proyektinə iki il bundan əvəl başlanılmışdı.

Go, Googlenin məlumat əməliyyat infrastrukturunda möhkəm bir yer əldə etmək üçün atdığı addımlardan biri kimi göstərilir. Google, Android və Chrome OS əməliyyat sistemləri ilə də bu məqsədə doğru hərəkət edir, bir sonrakı addımı isə Go ola bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə