Google Docs-da DOCX fayllarını oxumaq mümkün olacaq

07-11-2008 / 12:04

Bu günlərdə Google onlayn servisinə Open XML. formatının oxunması da əlavə olunub. Artıq Gmail, Google axtarış sistemi və Google Docs servisinin istifadəçiləri burada Microsoft Office 2007-nin sənədlərini oxuya biləcəklər. Buraya docx sənədləri, .xslx cədvəlləri, .pptx təqdimatları aiddir.
Hələki Open XML sənədlərinə Google Docs-da yalnız HTML şəklində baxmaq olur. Lakin bunun üçün digər onlayn servisləri - Zamzar, Zoho Writer və ya quraşdırılmış OpenOffice 3.0 proqram təminatını, Microsoft Office 2007, Microsoft Office Compatibility Pack proqramlarını isifadə edə bilərik.

Hər halda indi Google Docs servisinin Office 2007 istifadə edən fəal iştirakçılarından faylları digər formatlara çevirməyi tələb etmək lazım olmayacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə