Google insanları təhlükədən qoruyacaq- Yenilik

26-07-2017 / 10:08

Google axtarış, xəritələr daxilində təbii fəlakətlər və digər regional böhranlar üçün xəbərdarlıq  edəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət bununla bağlı yeni xidmət istifadəyə verib.

SOS Alerts adı verilən bu yeni xüsusiyyət axtarış nəticələrinin yuxarı hissəsində və ya xəritədə olan bölgələrdə xəbərdarlıq kimi görünəcək.

Şirkət bu xidməti hazırlayıb, təqdim etmək üçün Qırmızı Xaç və digıər bir çox beynəlxalq təhlükəsizlik qurumları ilə işlədiyini  açıqlayıb.

Google axtarışlarda ümumi vəziyyətin xülasəsini, xəritələri, əlaqəli xəbərləri, təcili telefonlarını, veb saytlarını və digər məlumatları ekrana gətirəcək.

Təbii fəlakətlər olan bölgəyə yaxın olduğunuzda Google sizə bütün bu məlumatları ehtiva edən bir bildiriş də göndərəcək.

Xəritələrdə isə təhlükəli vəziyyətlərdə Google bu məlumatı “açılır pəncərə” kimi  təqdim edəcək. Axtarışın nəticələrində olduğu kimi, xəritələr də  hadisələ əlaqədar məlumat, telefon nömrələri və veb saytları göstərəcək.

Bununla yanaşı, xəritədə real vaxt yeniləmələri, bağlanan yolları görmək mümkün olacaq.

Yeni xüsusiyyət, masaüstü, mobil veb və Android ilə iOS-daki Google tətbiqlərindən əlavə, mobil üçün Google Maps-də də təqdim edilib.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə