“Google” mənfəətini artırdı

15-10-2010 / 18:44

ABŞ-ın “Google” internet korporasiyasının xalis mənfəəti cari ilin doqquz ayında 31% artaraq 5,96 mlrd. dollar təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 4,54 mlrd. dollar olub.

Bu barədə şirkətin yaydığı maliyyə hesabatında bildirilir.

Hesabat dövründə şirkətin gəlirləri 20,88 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən (16,97 mlrd. dollar) 23% çoxdur. Şirkətin əməliyyat gəlirləri isə 26,9% artaraq 7,39 mlrd. dollar olub.

“Google”nin xalis mənfəəti 2010-cu ilin üçüncü rübündə 2,17 mlrd. dollar olub ki, bu da 2009-cu ilin müvafiq göstəricisindən (1,64 mlrd. dollar) 32% çoxdur. Şirkətin gəlirləri 22,5% artaraq 5,94 mlrd. dollardan 7,29 mlrd. dollara, əməliyyat gəlirləri isə 22,8% artaraq 2,07 mlrd. dollardan 2,55 mlrd. dollara yüksəlib.

Qeyd edək ki, qərargahı Mauntin-Vyu şəhərində yerləşən “Google” korporasiyası dünyanın ən məşhur internet axtarış sisteminə sahibdir. Bu sistem ayda 41 mlrd. 345 mln. sorğunu emal edir. Şirkətin 20,5 min əməkdaşı var.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.