Google mobil axtarış sistemini sürətləndirdi

09-04-2015 / 11:12

Google mobil cihazlarda axtarış nəticələrinin sürətləndirildiyini açıqlayıb.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu andan etibarən əlaqənin optimallaşdırılması sayəsində ağıllı telefon və planşetdən edilən hər hansı bir axtarış daha sürətli olacaq. Əlaqə sürətinə və bu xüsusiyyətin tətbiqinə bağlı olaraq axtarış nəticələrində daha çox zəngin məzmuna sahib saytlar axtarış nəticələrində ilk sıralarda yer alacaq. Axtarış nəticəsinə görə mobil uyğunluğu olmayan və daha az məzmuna sahib saytlar gerilərdə və ya sonrakı səhifələrdə yerləşdiriləcək.

Google-ın uzun zamandır üzərində çalışdığı bu alqoritm sayəsində Android əməliyyat sistemli ağıllı cihazlardan axtarış etmək və ən doğru məlumata çatmaq daha sürətli olacaq. Yeni sürətli mobil axtarış xüsusiyyəti üçün hər hansı bir yeniləmə etməyə ehtiyac yoxdur.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə