Google-nin yeni musiqi xidməti istifadəyə veriləcək

23-10-2009 / 18:36

Google iş sahəsini artırmaqda davam edir. İndi də musiqi biznesinə girməyi planlaşdırır. “One Box” adlı musiqi xidməti bu yaxınlarda istifadəyə veriləcək.

Googlenin yeni xidmətinin vəzifəsi musiqi parçalarını axtarmaq, Albomları son istifadəçiyə təqdim etmək, mahnı sözləri, Videolar, demolar və sənətçilər haqqındakı məlumatları pərəstişkarlara çatdırmaq olacaq. Google, yeni musiqi xidməti üçün Warner Music, Sony Music, EMI və Universal Music ilə razılaşma əldə edib. Google onsuz da MP3-ləri satmaq istəmir.

Buna görə də axtarılan mahnıları satın almaq üçün istifadəçiləri LaLa və iLike kimi saytlara yönəldəcək. İstəyənlər mahnıları bu saytlardan satın ala biləcəklər. Təxminən 1 Dollardan satılacaq olan mahnılar (MP3 formatında) Online olaraq da (hər bir mahnı 10 Cent) dinlənilə biləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə