Google ödənişsiz onlayn İT kurslara başlayır

18-01-2018 / 11:03

Google korporasiyası Coursera platforması ilə birlikdə ödənişsiz onlayn kurs təşkil edəcək. 

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, 8-12 ay davam edəcək kurs sayəsində arzu edən hər kəs nüfuzlu İT şirkətdə vəzifəyə namizəd ola biləcək.

İT üzrə onlayn proqram 10 min insan üçün nəzərdə tutulub. Kursda iştirak etmək üçün İT sahəsi üzrə təhsil, hazırlıq və iş təcrübəsi tələb olunmur. Bu proqrama milyard dollar sərmayə qoyulub.

Google istehsalçıları bildiriblər ki, müvafiq kurs süni intellekt sahəsində kadr çatışmazlığı, eləcə də hər il ixtisassız əməkdaşların iş yerlərindən məhrum edilmələrinə görə təşkil edilib.

Təlim kursu hazırda şirkətin personalına kömək edən xüsusi metodlar əsasında düşünülüb. Kurs xüsusi virtual laboratoriyalarda keçiriləcək. Namizədlər kursu keçdikdən sonra böyük və tanınmış İT şirkətlərdə işləyə biləcəklər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə