Google öz video messencerini təqdim edib

17-08-2016 / 12:29

Google şirkəti Duo adlı yeni video messencer istifadəyə verməyə hazırlaşır.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, sözügedən video messencerin əsas özəlliyi olduqca sadə interfeysə malik olmasıdır. Mobil proqramı işə salan istifadəçi ön kameradakı təsviri, həmçinin "Video çağırış" düyməsini görür. Bu düyməni sıxdıqda kontakt siyahısı açılır və onlara zəng etmək olar.

Duo video messencerində qeydiyyatdan keçmək üçün yalnız telefon nömrəsini daxil etmək kifayətdir. Tərtibatçıların sözlərinə görə, buraxılış qabiliyyətinin avtomatik ölçülməsi və kodeklərin optimallaşdırılması, həmçinin rabitənin əllə tənzimlənməsi imkanı internet qoşulmanın keyfiyyətindən asılı olmayaraq mobil proqramın sabit işini təmin edəcək.

Yeni messencerin daha bir özəlliyi zəngə cavab verilənədək həmsöhbəti görməyə imkan verən Knock Knock funksiyasıdır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə