Google planşeti noyabrın 26-da satışa buraxılacaq

29-08-2010 / 01:19

Bu qurğu Chrome OS əməliyyat sistemi altında işləyəcək.

 “DownloadSquad” xəbər verir ki, 2010-cu ilin noyabr ayının 26-da Google özünün ilk planşetini buraxacaq.
Bu qurğu  Chrome OS əməliyyat sistemi altında işləyəcək və Amerika Verizon əlaqə rabitəsinin salonlarında satılacaq. Planşetin quraşdırması ilə əvvəllər Google Nexus One smartfonunu quraşdıran NTS korporasiyası məşğul olacaq.
Planşetin texniki xarakteristikası hələlik açıqlanmayıb. Korporasiyanın nümayəndələri hətta bu planşetin mövcudluğunu rəsmi olaraq təsdiq etməyiblər. Buna baxmayaraq, məlumdur ki, ilin sonunda bir neçə nəhəng elektronika istehsalçıları Chrome OS əməliyyat sistemi ilə işləyən qurğuları buraxacaqlar.
Xatırladaq ki, Google avqust ayın ortalarında veb-əlavələrin mağazasını təqdim edib.  Oyunları, servisləri, proqramları mağazadan hipermətnli standartlı sənədləri - HTML5-i dəstəkləyən     Chrome OS qurğuların sahibləri, həmçinin Chrome brauzerin istifadəçiləri və digərləri də ala bilərlər.

mənbə: itv.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə