Google Play-də casus proqram aşkar edilib

14-08-2017 / 14:48

Lookout şirkətinin mütəxəssisləri Google Play  mobil proqramlar mağazasında casus proqram aşkar ediblər.

Ekspertlərin sözlərinə görə, hakerlər Android  mobil əməliyyat sistemi istifadəçiləri üzərində nəzarət imkanına malik olmaq üçün bu proqramı Google Play mağazasına bilərəkdən yükləyiblər.

Xeberler.az NYRTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, ümumilikdə SonicSpy proqram təminatının üç casus versiyası aşkar edilib.

Soniac, Troy Chat və Hulk Messenger təhlükəli proqramlar hesab edilib.

Google şirkəti artıq Google Play-dən zərərverici proqram təminatını silib, amma bir çox istifadəçilər bu proqramları yükləyiblər. Lakin sözügedən proqramlar başqa saytlarda əlçatandır.

Xeberler.az

  


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.