Google Play-dən böyük yenilik gəlir

19-05-2015 / 12:35

Google proqram mağazası olan Google Play-ə əlavə edəcəyi xüsusi kateqoriyalar üçün son addımları atır.

Google Google Play daxilində yeni bir bölüm açmaq üçün hazırlıqları davam etdirir.

Xəbərlər-in verdiyi məlumata görə, "Designed for Families" (Ailələr üçün hazırlanıb) adlı bu yeni hissədə problemli proqramların olmadığı, uşaqlara istiqamətlənmiş oyunlar və proqramlar yer alacaq.

Google proqram developers-lərə istiqamətləndirdiyi bildirişlə tətbiqlərini bu yeni hissəyə qoymaq istəyənlərə etmələri lazım olan dəyişikliklər üçün son tarixi bildirib.

Tətbiq developers-ləri, "Designed for Families" hissəsinə daxil olmaq üçün 28 maya qədər proqramlarında lazım olan düzəlişləri etməlidirlər. Bu tarix eyni zamanda Google-un inkişaf konfransı olan I / O-dan bir gün əvvəli işarə edir. Bu səbəbdən də Google-un I / O tədbiri əsnasında "Designed for Families" kateqoriyasını tanıtması gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə