Google rəngə görə şəkil axtarışını daha da asanlaşdırdı

13-04-2009 / 12:49

Bundan əvvəl Google şəkil axtarışını rənglərə görə də tapırdı.Bunun üçün müəyyən parametrləri daxil etmək lazım gəlirdi. İndi isə vizual olaraq verilən 12 rəng panelindən istədiyiniz rəngə uyğun şəkil axtarmaq mümkün olacaq. Yeniliyi ancaq www.google.com-da etmək mümkün olacaq.

Bunun üçün Google`nin baş səhifəsindəki \"Google. com in English\" əlaqəsini basmaq lazımdır.Sonra İmages əlaqəsi ilə vizual axtarışa keçilir və şəkildə görmək istədiyiniz əsas rəngi səhifədə olan rəng panelinin köməyi ilə təyin etmək olur. Xatırladaq ki, əvvəl isə “Ətraflı axtarış”dan istifadə edərək rəng panelində seçim edilirdi.

 Bunun üçün \"imgcolor=\" parametri linkə əlavə olunur və “=” işarəsinin yanında ingiliscə rəngin adı yazılırdı.Məsələn, qırmızı rəng üçün linkə \"imgcolor=red\" əlavə olunmalı idi.İkinci bir rəng üçün isə ilk parametrə boşluq buraxmadan \"%2C\" əlavə edərək axtarış verilirdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə