Google şirkəti Explorer-in qatilini yaratdı

03-09-2008 / 15:27
Google şirkəti öz servislərinin xidməti sayəsində yaratdığı Chrome brauzerinin beta-versiyasını buraxdı. Axtarış xidməti ilə bərabər Mozilla Firefox-un da işini maliyyələşdirən Google, İnternet Exploreri sıxışdırmaqda davam edir. Bununla da, Google Microsoft-la mübarizədə ikinci front açır.
Google Chrome brauzeri 100-dən çox ölkədə istifadəyə verilib. Bu barədə şirkətin rəsmi bloqunda Google-un vitse-prezidenti Sundar Pinçay xəbər verdi. Brauzer əvvəl Windows-la işləyəcək, gələcəkdə isə Linux və Mac OS versiyaları ilə də işləyəcəyi planlaşdırılır. Chrome-da yad proqramlar - WebKit Apple və Firefox-un elementləri, eləcə də Google-un xüsusi işləmələri istifadə olunacaq.
Brauzer open-source layihəli olacaq. Bu o deməkdir ki, onun kodu açıqdır və kənar mütəxxəssislər proqramı inkişaf etdirib, təkmilləşdirə bilərlər.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.