Google-un direktoru 199 milyon mükafat aldı

09-02-2016 / 13:47

Google şirkətinin baş icraçı direktoru Sundar Pichai rekord məbləğdə mükafat alıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, mükafatın məbləği 199 milyon dollar olub. Mükafat Google-un daxilindəki  Alphabet şirkəti tərəfindən veriləcək. İcraçı direktorun bu mükafatı alması üçün 2019-cu ilə kimi şirkətdə işləməyə davam etməlidir. 

VMware Inc proqram təminatı istehsalçısının keçmiş həmtəsisçisi və baş direktoru Diana Qrin isə 42,8 milyon dollar həcmində mükafat alacaq.

Qeyd edək ki, ötən il Google onun qurduğu Bebor Technolocies İnc şirkətini satın aldıqdan sonra D. Qrin 148 milyon dollar qazanıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə