Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015 / 12:04

Google uşaqlar üçün yeni xəritə xidməti Google Maps Kids-i  təqdim edəcək.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, coğrafiyanı daha sevilən və anlaşıqlı etmək üçün Google Maps xidmətini məktəb uşaqları üçün yeniləyərək yeni xəritə Google Maps Kids xəritəsini təqdim edəcək. Uşaqlara dünyanı və şəhərləri tanıtmaq üçün hazırlanan xüsusi qrafiklər və funksiyalardan istifadə edən Google Maps Kids bütövlükdə interaktiv xəritə  olmağı hədəfləyir.

Google bu layihə ilə bağlı Google Labs-da proqramçılar,texniklər, pedaqoqlar və təhsillə bağlı ekspertlərdən ibarət qrup yığıb.

Daha təhlükəsiz və uşaqlara uyğun görünüşdə tərtib olunan Google xidmətləri arasında ChromeYoutube ilk olaraq bu xidməti təqdim etmişdi. Google Maps Kids xidmətinin də gələn il istifadəyə verilməsi düşünülür.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə