Google uşaqlar üçün “Youtube Kids” tətbiqini təqdim etdi

24-02-2015 / 11:19

Google, dünya səviyyəsində məşhur video paylaşım saytı olan YouTube-un uşaqlar üçün xüsusi versiyasını inkişaf etdirdi və "YouTube Kids" adıyla AndroidiOS platformasında pulsuz olaraq yükləməyə təqdim etdi. Hər yaşda uşağa xüsusi videoların olduğu tətbiq günümüzün maraqlı uşaqlar üçün hazırlanmış ən etibarlı video izləmə tətbiqi olaraq önə çıxır.

"YouTube Kids" məhsul müdiri Shimrit Ben-Yair tərəfindən hazırlanan blog yazısında, tətbiqin ancaq uşaqlar üçün düşünülərək hazırlanmış olan ilk Google məhsulu olduğuna diqqət çəkilərkən, YouTube Kids sayəsində YouTube-un uşaqlar üçün daha etibarlı və istifadəsi asan hala gəldiyi bildirilir.

Uşaqların istifadəsi üçün xüsusi olaraq hazırlanan dizayna sahib tətbiqdə böyük şəkillər, qalın işarələr və səsli axtarış kimi elementlər ön plana çıxır.

İstənilən məzmunda videoları ən asan şəkildə tapmaq üçün dörd fərqli kateqoriyalar altında hazırlanan kanallar və oynatma siyahıları sayəsində valideynlər də, uşaqlar da istədikləri məzmunu daha asan şəkildə tapa bilirlər. Eyni zamanda tətbiqdə ailələr üçün müxtəlif nəzarət funksiyaları da var.

Hal-hazırda yalnız ABŞ-ın proqram mağazalarında iştirak edən tətbiqin yaxında Kurio və Nabi uşaq tabletlərində yer alacağı ifadə edilir ancaq tətbiqin digər ölkə mağazalarında nə zaman təqdim olunacağı mövzusunda heç bir məlumat yoxdur.

Əgər ABŞ proqram mağazalarından bir hesaba sahibsinizsə, "YouTube Kids" tətbiqini İOS və Android cihazları üçün pulsuz olaraq yükləyə bilərsiniz.

                                                                                     Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə