Google və Sony bir yerdə işləyəcək

03-09-2009 / 18:00

Google-nin yaydığı məlumata görə, bundan sonra Sony dizüstü kompüterləri, Chrome internet brauzeri yüklü olaraq satışa təqdim ediləcək.

Xeberler.az bildirir ki, Google Sony ilə olan andlaşmasını rəsmi olaraq tanıdıb və bununla da internet brauzeri bazarındakı payını artırmaq istədiyini açıqlayıb.

Belə üsullar əvvəllər də tətbiq edilib. Məsələn, Microsoft İnternet Explorer-i Windows ilə birlikdə paylayaraq Netscape-ni tarixə qovuşdurmuşdu.

Araşdırmalara görə, Google Chrome dünya səviyyəsində yüzdə 2.6 bazar payına sahibdir. İnternet Explorer-in yüzdə 66.7, Firefox-un isə yüzdə 22 bazar payı var.

Microsoft rəsmiləri Google-nin bu anlaşmasına belə münasibət göstərib: “Bazarda rəqabət yaxşıdır və insanlar özlərinə uyğun hesab etdikləri internet brauzerini sərbəst seçmək hüququna malikdir”.

Google bu tətbiqin hələlik test mərhələsində olduğunu açıqlayıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə