Google yeni bir əməliyyat sistemi yaradır

15-08-2016 / 13:03

Google gələcəkdə Android və Chrome OS sistemlərini əvəz edə biləcək daha mükəmməl əməliyyat sistemi hazırlayır.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, şirkət hələ ki, yeni ƏS-i üzərində işə başladığını rəsmən elan etməyib, amma ilk təfərrüatlar və texniki təsvir artıq GitHub xidmətində dərc edilib. Fuchsia adlandırılmış sistem Linux deyil, Magenta nüvəsi əsasında işləyəcək.

Bundan başqa, Magenta nüvəsi sistemə əşyalar interneti texnologiyasının daha geniş yayılmış platformaları, həmçinin FreeRTOS və ThreadX ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək. Beləliklə, korporasiya istifadəçilərin mobil qurğu və kompüterlərinin OnHub və Google Home ev ekosistemləri ilə inteqrasiyasını gücləndirməyi planlaşdırır.

Google-un mühəndisi Brayan Svetlandın sözlərinə görə, şirkət ilk günlərdən yeni əməliyyat sistemini kənar tərtibatçılar üçün açıq etməyə dair qərar verib.

Kantar analitik şirkətinin məlumatına əsasən, Avropa bazarında Android mobil əməliyyat sisteminin bazar payı 76%-ə  yaxınlaşıb, ABŞ-da isə bu göstərici 67.6% təşkil edir. 

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.