Google yeni mobil proqramı istifadəyə verilib

04-10-2018 / 13:40

Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları səslə idarə etməyə imkan verən “Voice Access” əlavəsini istifadəyə verib. Yeni əlavə fiziki imkanları məhdud şəxslərin mobil telefondan istifadəsini sadələşdirmək məqsədi daşıyır. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, “Voice Access” istifadəçilərə səsli komandalar vasitəsilə və əllərdən istifadə etmədən mətnləri yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində “düymələr” basmaq və interfeys elementlərini idarə etmək üçün şərait yaradacaq.

İngilisdilli əlavəni “Google Play” mağazasında yükləmək olar. Gələcəkdə tərtibatçılar tərəfindən digər dil versiyalarının istifadəyə verilməsi planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə