“Google” yeni xidmətlər hazırlayır

26-01-2015 / 13:34

“Google” hazırda istifadəçilərə 90 dildə yazılı tərcümə xidməti təklif edir.

“The New York Times” ın məlumatına görə, isə yeni tətbiq sayəsində artıq məşhur dillərdən birində audio və ya video material təqdim etdiyiniz zaman proqram onu avtomatik olaraq tərcümə etməyə, yazıya köçürməyə başlayacaq.

“Google”ın tərcümə proqramını inkişaf etdirmək məqsədilə tətbiq edəcəyi digər bir yenilik isə “Word Lens” dir. Bu yenilik sayəsində artıq tərcümə etmək istədiyiniz yazını telefonunuzun kamerasına göstərməyiniz kifayətdir. Bu zaman proqram tez zamanda göstərdiyiniz mətni sizin seçimizinizə uyğun olaraq rus, ispan,italyan,çin dillərindən birinə tərcümə edəcək. Adı çəkilən tətbiqetməni indi ödənişsiz olaraq telefonunuza yükləyə bilərsiniz.

Bundan başqa,”Google” əcnəbi dildəki mətnləri avtomatik olaraq ana dilimizə tərcümə edəcək yeni xidmət üzərində də çalışır. Bu xidmətin isə istifadəyə veriləcəyi tarix dəqiq məlum deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə