Google “Youtube”dan gəlir əldə edə bilmir

27-02-2015 / 08:59

Ən çox seçilən və ən çox istifadə olunan video paylaşım portalı "YouTube"-un maliyyə problemləri ortaya çıxdı. Bəs nəyə görə "Youtube" gəlir əldə edə bilmir?

Köhnə PayPal işçisi tərəfindən 2005-ci ildə qurulan "YouTube", gündən günə inkişaf etmiş və "Google" şirkətinin marağını çəkmişdi. "Google"da 9 Oktyabr 2006-cı il tarixində "YouTube" saytını aldığını açıqlamışdı. Bu andan etibarən aylıq istifadəçi sayı 1 milyarddan çox olan "YouTube"un çox maraqlı bir şəkildə pul qazanmadığı ortaya çıxdı.

The Wall Street Journal-ın verdiyi məlumata görə "YouTube" hələ də maliyyə problemləri ilə bağlı çətinlikdədir.Bunun səbəbi isə "Google"un vaxtında "YouTube"a sərf etdiyi vəsaitin çox olması ilə indiki gəlirin xərcləri qarşılamamasıdır.

Shiftdelete-in məlumatına görə "YouTube"un ana səhifəsində göstərilən reklamlar ilə fərqli gəlir mənbəyi yaradılmağa çalışılsa da, "YouTube"un mənfəət əldə etməsi üçün bu vəziyyət heç də faydalı olmur. İstifadəçilərin birbaşa olaraq "YouTube" üzərindən deyil də fərqli bağlantılar üzərindən videolara çatması da vəziyyəti daha da pisləşdirir.

Sonrakı aylarda YouTube Music Key kimi ödənişli musiqi xidməti təqdim edəcək olan "YouTube"un artıq görülən xərcləri qarşılaması və mənfəət əldə etməsi gözlənilir. Baxaq bu qədər məşhur olan video platforması "YouTube" sonrakı aylarda "Google" şirkətini sevindirə biləcəkmi?

                                                                                       Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.