“Google”dən daha bir yenilik

23-09-2010 / 17:17

“Google” korporasiyası “Apple iPad” planşeti və “Android” mobil əməliyyat sistemi bazasında hazırlanmış qurğular üçün “Docs” (sənədlər- ing.) servisini təqdim edəcək.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bu qurğuların sahibləri sənədləri internet vasitəsilə tərtib və redaktə edə biləcəklər.

“Microsoft Word”, “PowerPoint” və “Excel” proqramlarının virtual analoqu olan “Google Docs” servisi bundan əvvəl yalnız kompüterlər üçün nəzərdə tutulurdu.

Xatırladaq ki, bu ilin iyun ayında “Microsoft” şirkəti də “Office Web Apps” virtual servisini təqdim edib. Lakin “Docs”un rəqibi olan bu servis də yalnız kompüter brauzerləri üçün hazırlanıb. “Google Docs”un “iPad” və “Android” bazasında hazırlanmış qurğularda təchiz olunması nəticəsində servisin istifadəçi auditoriyasının xeyli artıracağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə