Göyçayda Bakcell-in yeni rəsmi diler mağazası açıldı

01-10-2018 / 13:41

Bakcell şirkəti, təklif etdiyi yüksək keyfiyyətli xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir.

Xeberler.az  bildirir ki, bu fəaliyyətin davamı olaraq Göyçayın mərkəzində, Heydər Əliyev küçəsində “Bakcell”in yeni rəsmi diler mağazası istifadəyə verilib. Tam yeni konsepsiya əsasında qurulmuş müasir satış mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Göyçay sakinləri yeni diler mağazasında “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı əldə edə bilərlər.

“Bakcell özünün ən innovativ məhsul və xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün əlindən gələni edir. Bu bölgələr sırasında Göyçay da xüsusi yerə malikdir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Onlardan biri Göyçay rayonudur. Hazırda rayon mərkəzində bizim 4G xidmətimiz var və bu xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edirik. İnanırıq ki, yeni diler mağazamızın açılışı Göyçay sakinləri üçün faydalı olacaq” deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, yeni diler mağazasının açılışı ilə bağlı həmin dükandan istənilən mobil telefon alan müştəriyə əlavə 1 ədəd digər model mobil telefon HƏDİYYƏ veriləcək. Müştərilər bu unikal fürsətdən bir ay ərzində yararlana biləcəklər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.