Gözlə idarə olunan smartfon hazırlanıb

06-01-2017 / 13:38

Çinin ZTE şirkəti istifadəçinin göz bəbəyinin hərəkətləri ilə verilən əmrlərə tabe olan smartfon hazırlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, smartfonun ön kamerası xüsusi texnologiya ilə təchiz edilib ki, bu da qurğuya göz hərəkətlərinə reaksiya verməkdə kömək edir.

Telefonun xarici səthi onu asanlıqla divara bərkitməyə və zəruri olduqda yenidən çıxarmağa imkan verən xüsusi materialla örtülüb.

Hazırda sınaq mərhələsində olan qurğunun 2017-ci ilin sentyabrında ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.