GTA 5-i pirat oynamaq mümkün oldu

17-04-2015 / 11:29

Bir çox oyunsevərin aylardır istifadəyə verilməsini gözlədiyi oyun GTA V 14 apreldə artıq təqdim olundu. Oyunun hər nə qədər qırılmağının mümkün olmadığını iddia etsələr də, daha iki gün keçmədən oyunun pirat versiyası yayılıb.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Rockstar Games GTA 5 üçün pirat oynamaq mümkün olmayacaq şərhini vermişdi. Ancaq GTA 5 PC təqdim edildikdən sonra müxtəlif Torrent saytlarına yüklənməyə başlandı.

GTA 5-in PC versiyasını kimin sındırması maraq dairəsində olarkən bu gün 3DM qrupu tərəfindən oyunun crack faylı yayılıb. 435 MB ölçüsündə olan bu GTA 5 PC Crack hələlik yalnız Windows 7də (64 Bit) çalışır. 

 

                                                                                       Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə