GTA 5-in kompüter versiyası ləğv olundu

01-04-2015 / 12:18

GTA 5-in kompüterlər üçün hazırlanacaq versiyasının son zamanlarda təxirə salınması bir çox istifadəçinin və oyun mediasının ağılında bu təxirə salmanın səbəbi sual altında qalırdı. Bəzi mənbələr oyunun mövcud xüsusiyyətlərlə birlikdə kompüterlərə adaptasiya edilməsinin texniki olaraq imkansızlığını və GTA 4 də olduğundan daha böyük problemlərin olacağını ifadə edirdilər.

Olduqca yüksək qrafikaya malik olacağı düşünülən GTA 5 kompüter versiyası, təəssüf ki, bəhs edilən bu texniki imkansızlıklardan ötəri ləğv edildi. Rockstar Games'in Twitter hesabı üzərindən həyata keçirilən rəsmi şərhdə hər hansı bir detal yer almır və Tweeti aşağıda görə bilərsiniz.

 

Xəbəri ilk olaraq paylaşan Fox News isə Rockstar Games səlahiyyətlisi James Kickworthy ilə reallaşdırdıqları görüşün məzmunu yaxın zamanda ictimaiyyətə bildiriləcəyini ifadə edir.

 

                                                                                       Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə