Günəş atmosferinin üst təbəqəsində maqnit sahəsi araşdırılıb

10-08-2017 / 13:00

Dünyada ilk dəfə elm adamları Günəşdən ultrabənövşəyi işığın polyarizasiyasını müşahidə edərək Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, onlar bunu CLASP səsli raket sınaqlarının verdiyi məlumatları təhlil edərək həyata keçiriblər.

Məlumatlar göstərir ki, Günəş xromosferinin və keçid bölgəsinin strukturları gözləniləndən daha mürəkkəbdir. Hazırda CLASP layihəsində ultrabənövşəyi spektropolyarimetriya metodu işlədilib. Bu metod Günəş atmosferindəki aktivliyi daha yaxşı öyrənmək üçün üst xromosfer və keçid bölgəsində olan maqnit sahələrinin gələcək araşdırmalarında istifadə edilə bilər.

Yaponiyanın CLASP komandasının layihə rəhbəri Ryoko İshikava nəticələrin əhəmiyyətini qeyd edərək ultrabənövşəyi spektropolyarimetriyanın Günəş fizikası tədqiqatları üçün yeni bir pəncərə açdığını bildirib.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.