Günəş batareyaları ilə örtülmüş yollar salınacaq

12-01-2017 / 14:58

Solar Roadways şirkəti , günəş batareyaları ilə salınmış yollar yaşayış evləri və müəssisələrin elektriklə təchizatı üçün kifayət qədər enerji istehsal edəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Solar Roadways  startapında yolların salınması üçün günəş panelləri hazırlanıb. Belə ki,  bu yol örtüyü enerji istehsal etməklə yanaşı, yolu qızdırmaq və işıqlandırmaq imkanına da malikdir.

İddia edilir ki, işıqlandırmanın köməyilə proqramlaşdırılmış yol nişanını yaratmaq mümkün olacaq. Bununla yanaşı, energetik yollar elektrik avtomobillərini yenidən enerji ilə yükləyə biləcək.

Qeyd edək ki, Solar Roadways ABŞ-ın Missuri ştatında Nəqliyyat Nazirliyinin himayəsi altında sınaqların üç mərhələsini keçirib, 2014-cü ildə isə şirkət Indiegogo saytında 2 milyon dollardan çox vəsait toplayıb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.