Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018 / 10:59

MİDA sentyabrın 5-də saat 11:00-da güzəştli mənzillərin elektron satışını həyata keçirə bilmədikdən sonra mida.gov.az saytında bunun saat 15:00-da baş tutacağını bəyan edib. Sayt 14.30-da sayt xəbərdarlıq edib ki, bu portalda vətəndaşların şəxsi elektron kabinetlərinə daxil olması aktivləşdirlib və yarım saatdan sonra satış başlayacaq. Lakin nə saat 15:00-da, nə də sonra portalın xəbər bölümündə satışın gedişi barədə məlumat verilməyib.

Xeberler.az  Trendə istinadən bildirir ki, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən Yasamal yaşayış kompleksində 1, 2, 3, 4 və 5 saylı binalada mənzil satışı saat 15:00-da başlamalı və 2018-ci il 5 dekabr, saat 11:00-dək davam etməlidir.

Yəni, MİDA Dövlət Agentliyi güzəştli mənzillərin satış prosesini uzatmaqla vəziyyətdən çıxmaq qərarına gəlib. Bu müddətdə vətəndaşlar başqalarından daha tez mənzil almaq üçün tez-tez, hətta hər gün portala daxil olacaqlar.

Sosial proqram çərçivəsində güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar arasında belə fikirlər var ki, mənzillərin ucuz qiymətlərə satışının həvalə olunduğu şəxslər arasında korrupsiya faktları mövcuddur.

Multimedia kommunikasiyaları sahəsində ekspert Osman Gündüz hesab edir ki, yaranmış vəziyyətdə MİDA üçün ən yaxşısı mənzil satışından imtina etməkdir. Ekspertə məlum olduğuna görə, sistem hərtərəfli yoxlanılıb, sınaqdan keçirilib, səhv aşkar edilməyib. Problem sistemə girişdə, konkret olaraq sistemə sanksiyalaşdırılmamış girişlərdən müdafiə proqramında yarana bilər. Yəni, əlavə ehtiyat tədbirləri güzəştli mənzillərin onlayn satışını həyata keçirən sistemə girişi bloklayıb.

Ekspert Osman Gündüz güman edir ki, vətəndaşların sayta daxil olaraq Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini seçməsi üçün proqram təminatı yenidən pozulub.

İlk dəfə sistemin pozulması 2018-ci ilin mayında baş verib. Portal həddindən artıq yükləndiyindən güzəştli mənzil almaq hüququ olan vətəndaşların çoxu sistemə girişlə bağlı problemlə üzləşib. Mənzil İnşaatı Dövlət Agentliyinin bəyanatında deyilib. "Güzəştli sistem"də baş vermiş yalnışla əlaqədar sistemə düşə bilən 1963 vətəndaşa yalnış bildiriş göndərilib. Onlardan 260-ı mənzil seçimini imzalayıb təsdiqləyə bilib. Texniki problemlərə görə 1703 nəfər prosesi başa çatdıra bilməyib. Elektron imza və mənzil seçimi prosedurunun növbəliliyi pozulub. Komissiyanın keçirdiyi araşdırmaların yekunlarına əsasən, eləcə də rəylərin və hesabatların əsasında məlum olub ki, sistemə kütləvi daxilolmalar və texniki səhvlərlə əlaqədar "Elektron hökumət" portalına müvəqqəti daxil ola bilməməyin nəticəsində ilkin satış zamanı mənzil seçimi imkanları istifadəçilər üçün bərabər olmayıb. 07.05.2018 tarixli mənzil seçiminin nəticələri ləğv edilib.

Qeyd edək ki, ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 saylı fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.