Güzəştli mənzillərin onlayn satışı ilə bağlı DEMO yenidən işə salınıb

20-06-2019 / 16:30

MİDA güzəştli mənzillərin onlayn satışı ilə bağlı DEMO-nu yenidən işə salıb.

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bu barədə açıqlama verib.

“İlk dəfə olaraq tətbiq olunan “gözləmə qaydasında mənzil seçimi”nin də DEMO versiyası istifadəyə verilib. DEMO resurslar real alış və seçim proseslərinə tam olaraq uyğunlaşdırılıb. Ötən satışın təcrübəsi göstərir ki, artıq bir-iki saniyə müddəti də onlayn satışda ciddi əhəmiyyət kəsb edir. Tövsiyyə ondan ibarət ola bilər ki, iddiaçılar bu DEMO versiyalardan mümkün qədər çox istifadə etsinlər. Həmçinin, uduş sansını yüksəltmək üçün tövsiyə edirəm ki, normal kompüter, yüksək keyfiyyətli internet və kompüterdə işləmək vərdişləri yetərli olan mütəxəssis köməyindən istifadə etsinlər. DEMO –da qısa zaman kəsiyində seçim edə bilənlərin videolarına baxmaq da faydalı olardı. Yaxşı olar ki, DEMO-da seçim edənlər öz seçim proseslərini videosu çəkib digərləri ilə müqayisə etsinlər. Ümid edirəm ki, MİDA bu dəfə TV-də və sosial mediada canlı yayım edəcək”

Qeyd edək ki, DEMO versiyalar 10 iyul 2019-cu il tarixi saat 00:00-dək aktiv olacaq. Güzəşti mənzil satışı öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata kçeirilməklə 12 iyul 2019-cu il tarixində başlanacaq

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə