Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018 / 17:36

“Güzəştli mənzillərin onlayn satışı 5 sentyabr 2018-ci il tarixində saat 11:00-da başlayacaq. Onlayn satışa hazırlıqla bağlı bütün işlərin başa çatdığı bildirilir. Satış günü yarana biləcək problemləri dərhal aradan qaldırmaq üçün MİDA, VXSİ Dövlət Agentliyi, NRYTN, təhlükəsizliklə bağlı qurumların və digər əlaqəli qurumların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb”.

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O həmçinin bildirib ki, “Güzəştli mənzil” informasiya sistemindən istifadə zamanı bəzi vətəndaşlarda e-imza və FİN-lə əlaqəli problemin yarandığı bildirilmiş, bununla bağlı müraciətlər də daxil olmuşdu:

“Artıq bu problem də aradan qaldırılıb. Bununla belə, güzəştli mənzilə iddialı vətəndaşların yenə də “Güzəştli mənzil” informasiya sisteminin DEMO versiyasından istifadə edərək onlayn alqı-satqı prosesini yenidən yoxlaması, e-imza ilə bağlı vəziyyəti yenidən yoxlaması, testdən keçirməsi faydalı olardı.

MİDA indiyədək də bu DEMO versiyanı bağlamayıb. Bu günün sonunadək DEMO versiyanın (https://www.e-gov.az/az/services/read/3704) aktiv olması nəzərdə tutulub. Sabah artıq DEMO versiyada hansısa yoxlama aparmaq mümkün olmayacaq.

Eyni zamanda iddiaçılara bir daha xatırlatmaq lazımdır ki, onlayn alış prosesində bir elekron imza ilə eyni anda yalnız bir kompüterdən (və ya digər bir avadanlıqdan) istifadə etmək mümkün olacaq. Proses onlayn olduğundan, güzəştli mənzilə iddiaçıların onlayn alqı-satqı proseslərindən xəbərdar olanların, bu sahədə təcrübəsi olanların və İKT bacarıqları yetərli olanların köməyindən istifadəsi onların seçim imkanlarını daha çevik edə bilər”.

Ekspert xatırladıb ki, bir müddət öncə “Güzəştli mənzil” informasiya sistemində yaranan problemlər ucbatından mənzillərin ilkin onlayn satışını reallaşdırmaq mümkün olmamışdı:

“Bundan sonra MİDA tərəfindən çox böyük hazırlıq işləri görülüb, VXSİ Dövlət Agentliyi tərəfindən əlaqəli qurumların ciddi kordinasiya işləri aparılıb, beynəlxalq auditin də imkanlarından istifadə edilib. VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura olaraq da biz “Güzəştli mənzil” informasiya sisteminin təkmilləşdirilməsi üçün bir xeyli təkliflər təqdim etmişik. Bütün bunlardan sonra inanıram ki, 5 sentyabrda güzəştli mənzillərin onlayn satış prosesi uğurla başa çatacaq”.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.