Hakerlər Android sistemi ilə işləyən 1.4 milyard cihazı dinləyə bilər

17-08-2016 / 11:11

Android mobil əməliyyat sistemi ilə işləyən qurğuların 80%-dən çoxu kiberhücuma məruz qala bilər.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, 2012-ci ildə istehsal edilmiş Linux ƏS-nin 3.6 versiyasında aşkar edilmiş səhv hakerlərə istifadəçiləri serverdən ayırmağa və mobil proqramların işinə mane olmağa imkan verir.

Həmçinin şifrələnməmiş trafiki izləmək və ya zərərli proqram təminatını istifadəçi məlumatlarına tətbiq etmək mümkündür. Bundan başqa, hakerlər danışığı dinləyə və istifadəçilərin şəxsi mesajlarını ələ keçirə bilərlər.

Lookout şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş boşluq, həmçinin Android KitKat 4.4 və daha yuxarı versiyalarda qeydə alınıb. Bu o deməkdir ki, 1.4 milyard Android qurğu təhlükə altındadır.

Google şirkətinin nümayəndəsi bildirib ki, şirkətin mühəndisləri təhlükəsizlik sistemində aşkar edilmiş boşluqdan artıq xəbərdardırlar və lazımi tədbirlər görülür. CVE- 2016-5696  adlı səhv artıq Linux nüvəsində aradan qaldırılıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.