Hansı kompüter oyunları uşaqlar üçün təhlükəlidir?

28-03-2017 / 17:35

"Kompüter oyunlarından asılı hala düşməmək üçün uşaq və yeniyetmələrin müxtəlif hobbiləri olmalıdır".

Xeberler.az-ın məlumatına görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirilib.

Şöbənin əməkdaşı Nəzakət Məlikova “İnternet oyunlarının uşaqlar və yeniyetmələrin psixologiyasına təsiri” mövzusunda məruzəsini təqdim edib.

O, bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və bu sahəyə olan maraq uşaqların sağlamlığı və psixologiyasının pozulmasına  gətirib çıxara bilər:

“İnternetdən intensiv istifadə uşaq və yeniyetmələrin maraqlarını ödəsə də onların sağlamlığı üçün ciddi problemlər yaradır. Uşaqların saatlarla kompüterə bağlı qalmaları onları asılı vəziyyətə salır, sosial mühitlə əlaqələrini zəiflədir”.

"Oyun saatları artdıqca onun uşaq və yeniyetmələrin orqanizmi və psixologiyasına mənfi təsirləri də ortaya  çıxır”, – deyən məruzəçi kompüter oyunlarından asılı hala düşməmək üçün yeniyetmələrin müxtəlif hobbilərinin olmasının vacibliyini vurğulayıb.

Sonra məruzəçi sosial şəbəkələrdə geniş yayılmış və daha çox yeniyetmələri hədəfə alan təhlükəli oyunlardan söz açıb:

“ “Siniy kit” (“A blue whale”), “Tixiy dom” (“A quiet house”), “More kitov” (“A sea/a bunch of whales”), “Razbudi menya v 4:20” (“Wake me up 4.20 am”) kimi oyunlarla bağlı ilk təhlükə  2015-ci ildə Rusiyada meydana gəlib”.

N.Məlikova “Siniy kit” oyununun Azərbaycanda da geniş yayıldığını qeyd edərək, bütün valideynləri övladlarının İnternet aktivliyinə nəzarət etməyə səsləyib:

“Valideynlər ilk gündən uşaqlar üçün kompüter və mobil telefonlardan istifadə qrafiki müəyyən etməli, onlara hansı saytların faydalı, hansılarının ziyanlı olduğunu izah etməlidir”.

O, həmçinin psixodiaqnostik metodlar, İnternet asılılığı müəyyən edən testlər və kompüter asılılığını təyin edən sorğulara dair nəticələri diqqətə çatdırıb.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.