Hansı region mobil maliyyə sahəsində liderdir?

06-10-2015 / 11:14

Son vaxtlar mobil maliyyə sahəsində yeni həllər dünyanın müxtəlif regionlarında, o cümlədən Şimali Amerika və Asiyada istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, tezliklə mobil maliyyə sahəsində liderlik uğrunda mübarizəyə Avropa ölkələri də qoşulacaq.

Amdocs şirkəti tərəfindən bu yaxınlarda aparılan tədqiqat onu deməyə əsas verir ki, tədqiqatda iştirak edən avropalıların təxminən yarısı smartfonlardan mal və xidmətlərin ödənişi üçün istifadə etməyib. Bu, regionda mobil ödənişlərin inkişafı üçün yaxşı potensialdır. Hazırda avropalılar mobil bankçılqıdan nadir hallarda istifadə edir, telefondan müxtəlif xidmətlər üçün ödənişlər həyata keçirmirlər. Bununla belə, Avropa bazarının bunda maraqlı olmasını bildirən çoxlu əlamətlər görmək mümkündür.  

Respondentlərin 15 faizi yaxın bir ildə mobil maliyyə xidmətlərindən istifadə etmək niyyətindədir. 50 faizi mobil ödəniş provayderlərinin onlara kifayət qədər ödəniş təklif edəcəyi halda ənənəvi ödəniş alətlərindən istifadədən imtina etməyə hazırdır.

Tədqiqatın nəticələrindən mobil maliyyə provayderləri üçün verilən tövsiyələri qeyd etmək olar:

Rəyi soruşulanların 45 faizi mobil ödənişlərdən onların təhlükəsiz olmasına əmin olduqdan sonra aktiv istifadə edəcək.

44 faiz smartfonlardan ödənişlərin çoxlu ticarət nöqtələrində dəstəkləndiyi halda bu xidmətdən istifadəyə hazırdır.

37 faiz aksiya və endirimlərdə maraqlıdır.

32 faiz mobil ödəniş provayderlərinin ödənişlərin emalı üçün komissiyanın azaldılmasını istəyir.

Həmçinin istifadəçilərin 30 faizi mobil qurğudan ödənişin rahat olmasını arzulayır.

Böyük Britaniya artıq mobil ödənişlər sahəsində yaxşı nəticələrə nail olub. Lakin bu tendensiya digər Avropa ölkələrində yayılmayıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə