Həkimlər üçün yeni elektron xidmət istifadəyə verilib

09-01-2017 / 11:40

Ölkədə həkimlər artıq sertifikasiya şəhadətnaməni elektron olaraq əldə edə bilər.

 Bunun üçün e-health.gov.az saytına daxil olaraq,  “Sertifikasiya şəhadətnaməsinin çapı “ elektron xidməti barədə təlimat -da göstərilən ardıcıllıqla Sertifikasiya şəhadətnamənizi çap edə bilərsiniz.

Xeberler.az  məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Qeyd edilib ki, əgər həmin saytda qeydiyyatdan keçməmisinizsə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatı-da göstərilən formada qeydiyyatdan keçə bilərsiniz.

Əlavə məlumat almaq üçün 431 38 28 nömrəli telefona zəng edə və ya [email protected] elektron poçtuna suallarınızı yaza bilərsiniz.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə