Həmyerlimiz Oracle tərəfindən mükafat qazandı

22-08-2015 / 14:23

Mərkəzi Bankın Verilənlər baza administratoru Mahir Quluzadə Oracle ACE mükafatına layiq görülüb.

Xeberler.az-ın məlumatına görə, Oracle ACE Program komandasının araşdırması nəticəsində Mahir Quluzadə bu mükafata layiq görülüb.

Oracle ACE mükafatını almaq üçün bilikləri paylaşmaq, bloq və ya jurnallarda məqalələr yazmaq və konfranslarda spiker kimi çıxış etmək lazımdır. Oracle ACE mükafatı 3 pilləlidir. Ən yüksək pillə isə ACE Director mükafatıdır.

Qeyd edək ki, Azərbaycanda yeganə Oracle ACE Director mükafatına Kamran Ağayev layiq görülüb. Oracle ACE mükafatına isə Yapikredi Bankda Verilənlər baza administratoru Anar Qocayev layiq görülüb.

                                                     

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə